Bazar günü qüvvəyə minəcək atəşkəs elanından sonra İsrail döyüş təyyarələri Qəzza zolağının şimalına və Qəzza şəhərinə hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza zolağının şimalında və Qəzza şəhərində bəzi əraziləri hədəfə alıb.
Yanvarın 19-u bazar günü qüvvəyə minəcək atəşkəs elan edildikdən sonra hava hücumlarında hədəf alınan ərazilərdə böyük partlayışlar baş verib.
Hədəf olunan ərazilərdən sıx tüstünün qalxdığı görülüb.
Şayəstə Hüseynova