44 günlük müharibədən sonra rus sülhməramlılarına sığınaraq, Qarabağda mövcduluğunu qorumağa çalışan separatçılar çətin vəziyyətə düşüblər. Alp.az xəbər verir ki, artıq Xankəndidə deyil, Ağdərə və Xocavənddə də separatçıların rəhbəri Arayik Harutyunyana qarşı etirazlar başlayıb.
İlk etiraz Xocavəndinb Taqavard və Muxtarkənd kəndlərindən start götürüb. Belə ki, Muxtarkənddə müharibə vaxtı ölmüş 11 erməni əsgərin valideynləri Arayik Harutyunyana xəbərdarlıq ediblər ki, kəndə ayaq basmasın. Daha doğrusu, bir neçə gün əvvəl Harutyunyan həmin kəndə gedib və orada şəkil çəkdirib. Lakin məlum olub ki, ətraf kəndlərdən olan ermənilər də Muxtarkəndə gəliblər və onlar separatçıların rəhbərinə problemləri ilə bağlı suallar veriblər. Arayik də onların suallarını cavablandırmaqda çətinlik çəkdiyindən, qısa müddətdə problemləri həll edəcəyinə söz verib. Amma əməl etməyib. Ona görə də, kənd camaatı ona bir daha oralara gəlməməyi məsləhət görüblər.
Qarabağdakı separatçıların “deputatı” Metaxe Akopyan isə bildirib ki, Arayik Harutyunyan Muxtarkənddən qaçmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, həmin kənddə ermənilər bərbad vəziyyətdə yaşayırlar. “Kəndin bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Digər hissəsi isə nə əkməyə, nə də becərməyə yarayır. Üstəlik, bütün evlər uçuq, sökük daxmalardır ki, orada insan yaşayar. Arayik Harutyunyan Muxtarkəndə səfər etdiyinə dair şəkil paylaşıb. Amma şəkili harada çəkib, o barədə yazmayıb. Və deməyib ki, onu kənddən niyə qovdular”.
Arayikə ikinci xəbərdarlıq isə Ağdərədən olunub. 5 uşaq anası olan İzaura Balasanyan yaşadığı evin şəkillərini paylaşıb və orada yaşamağın mümkün olmadığını bildirib. O, Arayik Harutyunyana səsələnərək deyib ki, Xankəndindəki villasından ona və uşaqlarına otaq ayırsın. “Bilirəm ki, bunu etməyəcəksən. Ona görə də, mən uşaqlarımı götürüb, sabah sənin villana gələcəm”.
Ağdərədən İzaura Balasanyana dəstək verən 10 yaxın erməni də, analoji addımı atacaqlarını deyiblər. Onlar sabah Xankəndinə gələrək, etiraz aksiyasına başlayacaqlarını deyiblər.jamaz.info