image-66666backend

Metakse Akopyandan ŞOK ETİRAF:” Arayik Aruthunyan və Levon Ter-Petrosyan bu məsələni müzakirə ediblər” 

Erməni politoloq, qondarma rejimin əsas təbliğatçılarından biri Metakse Akopyan erməni mediasına müsahibəsində sensasion faktlar açıqlayıb. Alp.az xəbər verir ki, Metaxe Akopyan Arayik Aruthunyanla Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın görüşündə müzakirə olunan məsələlərə öz münasibətini bildirib.

“Aprelin 3-də Arayik Aruthunyan və Levon Ter-Petrosyanla görüşüb. Bu görüşün detallarını bilirəm və mən bu görüşdəki məsələləri qısaca olaraq münasibət bildirirəm. Bəli Görüşdə Qarabağın taleyi ilə bağlı məsələlər müzakirə olunub. Bir sirri açım ki, Arayik Aruthunyan bu günə qədər bütün məsləhətləri Levon Ter-Petrosyandan alır. Bu görüşdən sonra xəbər yayıldı ki, Qarabağda Rusiyaya birləşmək üçün imzalar toplanır. Arayik Aruthunyanla  Levon Ter-Petrosyan bu məsələni müzakirə ediblər. Amma reallığına inanmıram. Qarşıda bizi nələr gözləyəcəyini deyə bilərəm, amma məncə hələ tezdir”- deyə Metaxe Akopyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki