image-download-2025-02-27t210258-565backend

Amerikalı müğənni kosmosa uçacaq

Amerikalı müğənni Keti Perri milyarder Cefri Bezosun gəmisində kosmosa gedəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Blue Origin” öz saytında məlumat yayıb.
Aktrisanın Bezosun nişanlısı Lauren Sanchez, teleaparıcı Qeyl Kinq və digər astronavtlarla birlikdə New Shepard kosmik gəmisinin növbəti ekipajının bir hissəsi olduğu bildirilir. Kosmosa getməyi planlaşdıran bütün ekipaj qadınlardan ibarətdir ki, bu da Valentina Tereşkovanın 1963-cü ildə uçuşa çıxmasından sonra ilk dəfə baş verəcək.
Gəminin Yerdən buraxılma tarixi hələ açıqlanmayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki