Dünən ABŞ-ın Alyaska ştatında içərisində 10 nəfərin olduğu Bering Air təyyarəsi yoxa çıxıb. Səlahiyyətlilər təyyarədə sağ qalanların olmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ- ın Alyaska əyalətinin İctimai Təhlükəsizlik Departamenti dünən Unalakleetdən Nome istiqamətinə uçan kiçik Bering Air sərnişin təyyarəsinin radardan itdiyini açıqlayıb.
Göyərtəsində bir pilot və 9 sərnişinin olduğu Cessna Caravan tipli təyyarənin tapılması üçün əməliyyat başladılıb. ABŞ Sahil Mühafizəsi qruplarının verdiyi açıqlamada təyyarənin qalıqlarının tapıldığı və sağ qalanların olmadığı bildirilib.
“Təyyarə Nome şəhərinin cənub-şərqində tapıldıqdan sonra itkin düşən təyyarənin axtarışları dayandırılıb. Təyyarədə olan 3 nəfərin öldüyü bildirilir. Qalan 7 nəfərin isə göyərtədə olduğu güman edilir, lakin hazırda təyyarənin vəziyyəti ilə bağlı məlumat yoxdur. Bu faciəvi hadisədən zərər çəkənlərə dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda bildirilir.
Nuranə Məmmədova