image-0e6bc567-53c4-3d9c-89b7-f36f79d4a7cf_850backend

Almatıda naməlum şəxs hava limanının əməkdaşını girov götürməyə cəhd edib

Qazaxıstanın Almatı şəhərində naməlum şəxs hava limanının əməkdaşını girov götürməyə cəhd edib.

Elchi.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, hadisə barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Onun bu əməlinin səbəbləri hələ məlum deyil.

“Yerli vaxtla saat 11:45 radələrində daxili reys terminalında (T1) uçuşqabağı yoxlama zonasına sərnişin qismində bir şəxs yaxınlaşıb. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları ondan sənədlərini təqdim etməyi xahiş ediblər, o isə əməkdaşlardan birinin saçından tutaraq bıçaqla hədələməyə başlayıb. Yeddi dəqiqədən sonra kişi hava limanı ərazisindəki Xətt polis şöbəsinin və Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tərksilah edilib”, – mətbuat xidmətindən bildirilib.

Hazırda o, Xətt polis şöbəsindədir və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin araşdırılması ilə məşğul olur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki