image-thumbs_b_c_1bf048398bfbd74155c5ef687cfa6423backend

Almaniyada güclü qarla bağlı xəbərdarlıq

Almaniyanın hakimiyyət orqanları bəzi bölgələrdə güclü qar yağması və buzlanma ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Almaniya Meteorologiya Xidməti ölkənin əksər hissəsində, xüsusilə Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya əyalətlərində təsirli olan qarın ölkə daxilində getdikcə daha çox davam edəcəyini bildirib.
Səlahiyyətlilər sürücülərə xəbərdarlıq edib ki, yollar qar və buzla örtüldüyü üçün lazımsız səyahətlərdən çəkinsinlər və diqqətli olsunlar.
DWD həmçinin Almaniyanın mərkəzi və cənub bölgələrində yaşayanlara külək və fırtınalar nəticəsində ağac budaqları və uçan obyektlər barədə xəbərdarlıq edib .
Fırtınanın Münhendə saatda 100 kilometrə, meşəlik ərazilərdə isə saatda 115 kilometrə çata biləcəyi təxmin edilir.
Ölkə ərazisində temperaturun şimalda 0-6 dərəcə şaxta olacağı, cənubda isə 14 dərəcəyədək yüksələ biləcəyi bildirilib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki