Almaniyanın Ukraynaya 4 min süni intellektlə idarə olunan yüksək texnologiyalı Pilotsuz Uçuş Aparatı (PUA) göndərəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, Berlində verdiyi açıqlamada Müdafiə Nazirliyinin sözçüsü Natali Cenninq Almaniya hökumətinin Ukraynaya 4 min silahlı PUA çatdırmağa hazırlaşdığını bildirib.
Cenninq hərbi təhlükəsizliyi əsas gətirərək əlavə məlumat verməkdən imtina edib.
Bild qəzetindəki xəbərdə Almaniyanın süni intellekt şirkəti “Helsing”in sentyabr ayında Ukrayna Müdafiə Nazirliyi ilə 4 min İHA üçün müqavilə imzaladığı və ilk təhvilinin dekabrda ediləcəyi bildirilib.
Qeyd olunub ki, PUA-ların harada olduğunu bilməklə GPS tıxacları var ki, beləliklə operator hətta pis hava şəraitində və ya bombalanmış ərazilərdə də öz marşrutundan yayınmasın.
PUA-nın Ukraynanın kamikadze PUA-larından qat-qat yüksək məsafəyə malik olacağı və tanklara və Rusiya hərbi mövqelərinə qarşı istifadə oluna biləcəyi bildirilib.
Nuranə Məmmədova