image-23backend

Almaniya Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlıq planlarını paylaşıb

Alman diplomatlar Dəməşqdə Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə görüşərək Suriyada keçid prosesini və ölkədəki azlıqların hüquqlarının müdafiəsini müzakirə edəcəklər.

Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlıq planlarını bölüşüb,

Departament qeyd edib ki, Almaniya “Həyat Təhrir əş-Şam” qruplaşmasının (HTS, terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş) fəaliyyətini diqqətlə izləyir. Xarici İşlər Nazirliyinin bəyanatında qrupun son vaxtlar “ehtiyatlı davrandığı” vurğulanıb.

“Dəməşqdə diplomatik mövcudluq imkanları da araşdırılır”, – Almaniya Xarici İşlər Nazirliyi bildirib. Almaniyanın HTS ilə danışıqlara başlamaq niyyəti dekabrın 12-də məlum olub. Almaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Boris Pistorius Almaniya və digər Avropa ölkələrinin Suriyadakı vəziyyətə daha fəal qoşulmaq niyyətində olduğunu bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki