image-fi2-pic_32ratio_900x600-900x600-31150backend

Alimlər bitkilərin “dilini” başa düşməyin yolunu 

Nature: yeni süni intellekt modeli bitkilərin “dilini” deşifrə edir.
Elchi.az xəbər verir ki, Exeter Universitetinin alimləri bitkilərin genetik “dilini” təşkil edən ardıcıllıqları və struktur modelləri başa düşə bilən yenilikçi süni intellekt (AI) modeli yaradıblar. Araşdırmanın nəticələri Nature Machine Intelligence jurnalında dərc olunub.
Alimlərin fikrincə, bitki RNT analizinə diqqət yetirən PlantRNA-FM modeli öz növünün ilki hesab olunur və həyat elmləri sahəsində mühüm texnoloji sıçrayışı təmsil edir.
PlantRNA-FM, 1124 bitki növünün genomlarından çıxarılan 54 milyard RNT fraqmentindən ibarət kütləvi verilənlər bazası üzərində hazırlanır. RNT və ya ribonuklein turşusu bütün canlı orqanizmlərin hüceyrələrində olan və genlərin kodlaşdırılmasında, oxunmasında, tənzimlənməsində və ifadəsində mühüm rol oynayan üç əsas makromolekuldan biridir.
PlantRNA-FM modeli ChatGPT kimi məşhur dil modellərinin əsaslandığı metodologiyalardan istifadə etməklə hazırlanmışdır. ChatGPT-nin sözlərin qrammatikasını və məntiqini tanıdığı insan dilində olduğu kimi, PlantRNA-FM də bitki RNT-nin “qrammatikasını” mənimsəmişdir. Bu, modelə RNT funksiyalarını proqnozlaşdırmağa və bitki böyüməsi, stresə reaksiya və digər bioloji proseslər üçün vacib olan struktur nümunələri müəyyən etməyə imkan verir.
İlkin eksperimentlər modelin dəqiq proqnozlar verdiyini və sonradan laboratoriya məlumatları ilə təsdiqləndiyini göstərdi. Bu kəşf bitkilərin və digər canlı orqanizmlərin, o cümlədən onurğasızların və bakteriyaların genetikası sahəsində gələcək tədqiqatlar üçün əsas ola bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki