image-trump-6backend

Ali Məhkəmə Trampı rədd etdi: Xarici yardım davam edəcək

Mühafizəkar hakimlərin üstünlük təşkil etdiyi məhkəmə, Konqres tərəfindən əvvəllər təsdiqlənmiş xarici yardımın dayandırılması tələbini rədd etdi, lakin Tramp administrasiyasının aşağı məhkəmələrdə bu məsələni müzakirə etməyə davam edə biləcəyini söylədi.
Elchi.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi prezident Donald Trampın əvvəllər Konqres tərəfindən təsdiq edilmiş milyardlarla dollarlıq xarici yardımı dayandırmaq tələbini rədd edib.
ABŞ Ali Məhkəməsinin 5-4 səslə qəbul etdiyi kritik qərar Trampın federal hökuməti yenidən formalaşdırmaq səylərini poza biləcək əhəmiyyətli bir addım kimi qiymətləndirilir.
Qərarda hazırda dondurulmuş xarici yardımın nə vaxt buraxılması ilə bağlı heç bir açıqlama verilməyib.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayandan sonra ABŞ prezidenti Tramp Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) milyardlarla dollarlıq xarici yardımını dayandırıb.
Buna cavab olaraq qlobal sağlamlıq və digər proqramlar üçün bu vəsaitlərə ehtiyacı olan bəzi vətəndaş cəmiyyəti təşkilatları Tramp administrasiyasına qarşı iddia qaldırıb.
Qruplar iddia ediblər ki, Tramp administrasiyası Konqresin dövlət xərclərinə nəzarət etmək səlahiyyətini mənimsəyib və agentliklərin qərarlar qəbul etmə qaydalarını müəyyən edən federal qanunları pozub.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki