image-abden-irana-yaptirim-fuze-ve-iha-bilesenleri-ihracatina-yasak-nls3_coverbackend

Aİ İrana qarşı raket və PUA sanksiyaları tətbiq edir

Avropa İttifaqı (Aİ) Komissiyası Tehran administrasiyasına qarşı sanksiyaları genişləndirdiyini və raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracını qadağan etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Aİ Komissiyasından verilən yazılı açıqlamaya görə, 1 İranlı şəxs və 1 təşkilat “Rusiyaya və Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qrup və birləşmələrə hərbi dəstək” səbəbi ilə sanksiya siyahısına salınıb.
Müvafiq olaraq, Aİ-dən İrana raketlərin və PUA-ların hazırlanması və istehsalında istifadə olunan komponentlərin ixracı, ötürülməsi, tədarükü və ya satışı qadağandır.
Sanksiyalar həmçinin siyahıya alınmış şəxslər və qurumların sahib olduğu, idarə etdiyi və ya nəzarət etdiyi limanlarla hər hansı əməliyyatları əhatə edir.
Qərara uyğun olaraq, İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL) və onun meneceri Məhəmməd Rza Khiabani, o cümlədən silah və sursat daşıdığı bildirilən MG Flot, VTS Broker və Arapax adlı Rusiyanın gəmiçilik şirkətləri. Rusiya qoşunlarını təchiz etmək üçün Xəzər dənizindən keçən İHA komponentləri sanksiyalar siyahısına daxil edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki