Elchi.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Avropa İttifaqı (Aİ) Şurası ölkədəki vəziyyətlə əlaqədar Belarusdan olan 26 fiziki və 2 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Bildirilib ki, sanksiyalar Belarus məhkəmə sisteminin müxtəlif üzvlərinə, o cümlədən siyasi motivli hökmlər çıxaran hakimlərə, müxtəlif cəzaçəkmə müəssisələrinin rəisləri və rəis müavinlərinə şamil olunub.