Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, Ukrayna nadir torpaqlar haqqında saziş imzalamağa çox yaxındır.
Elchi.az xəbər verir ki,mətbuat katibi Ağ Evin girişində Ukrayna ilə bağlı mətbuata qısa açıqlama verib.
Ukrayna ilə nadir torpaq müqaviləsinin statusu ilə bağlı suala Leavitt, “Prezident Trampın dediyi kimi, nadir torpaqlar üzrə razılaşma tamamilə kritikdir. Biz bu müqaviləni tamamlamaq üçün finiş xəttinə çox yaxınıq” deyib.
Leavitt qeyd edib ki, ABŞ prezidenti Donald Tramp “saziş imzalamaq” və ya “ziyarət” etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməyə hazırdır və son hadisələrlə bağlı ictimaiyyəti məlumatlandıracaqlarını bildirib.
Ukraynanın baş naziri Denis Şmıqal mövzu ilə bağlı son açıqlamasında ABŞ-la nadir torpaq elementlərinə sərmayə qoyulmasını nəzərdə tutan müqavilənin yekun layihəsinin hazırlandığını bildirərək, “Zəmanət olmadan heç bir müqavilə imzalamaq fikrində deyilik”- ifadəsini işlədib.
Nuranə Məmmədova