Abxaziya prezidenti Aslan Bjaniya respublikada müxalifətin etirazları nəticəsində yaranmış gərgin vəziyyət fonunda Təhlükəsizlik Şurasına (TŞ) qanunsuz hərəkətlərlə mübarizə aparmağı tapşırıb.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” yazır.
“Dövlət başçısı Təhlükəsizlik Şurasının üzvlərinə qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı konkret tapşırıqlar verib”, – Bjaniyanın mətbuat xidməti bildirib. Qeyd olunur ki, bu, respublikada etiraz dalğası başlayandan bəri Təhlükəsizlik Şurasının ilk iclasıdır.