image-ghghh567-pic_32ratio_900x600-900x600-1205backend

ABŞ Trampın Putin danışıqlarından məyus olduğunu bildirib

NYT: Putinlə danışıqların nəticəsi Trampı məyus edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığının nəticəsindən məyus ola bilər. Bu barədə “The New York Times” yazır.
Jurnalistlər qeyd edirlər ki, Tramp Ağ Evin bir neçə gündür Ukraynada sülhün əldə oluna biləcəyi ilə bağlı müsbət bəyanatlarından sonra danışıqların fərqli nəticəsinə ümid edirdi.
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığını keçirib. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
Daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Putin və Trampın təmasları zamanı əldə olunan razılaşmaların təfərrüatlarını müzakirə etmək üçün yeni danışıqların keçiriləcəyini açıqlayıb.
Bundan əvvəl Tramp Putinin Ukraynaya yardımı dayandırmaq tələbi ilə bağlı xəbərləri təkzib etmişdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki