image-thumbs-b-c-84b9ef56de9fb16f8dd22467a91c53aabackend

ABŞ İsrailə təxminən 3 milyard dollarlıq yeni silah satışını təsdiqləyib

ABŞ administrasiyası İsrailə təxminən 3 milyard dollar dəyərində yeni silahların, o cümlədən çoxsaylı buldozerlər, bombalar, müxtəlif döyüş sursatları və digər hərbi texnikanın satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir qolu olan Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA), ABŞ Dövlət Departamentinin İsrailə yeni silah satışını təsdiqlədiyini açıqlayıb.
Üç ayrı silah satışının təsdiqlənməsi üçün Konqresə rəsmi bildiriş göndərilsə də, Respublikaçıların çoxluq təşkil etdiyi Konqresdə silah satışının qarşısını almaq üçün heç bir addımın atılması gözlənilmir.
DSCA-nın ilkin açıqlamasına görə, ABŞ çoxlu sayda D9 buldozerinin İsrailə satışını təsdiqlədi və bu satışın 295 milyon dollar civarında olduğu ifadə edildi.
Başqa bir açıqlamada, ümumi dəyəri 2 milyard dolları keçən çoxlu sayda və çeşiddə bomba və əlaqəli hissələrin İsrailə satışına icazə verildiyi vurğulanıb.
Agentlikdən verilən son açıqlamada, İsrailə ümumilikdə 675 milyon dollar dəyərində sursat, bələdçi dəst, sursat dəstəyi və əlaqədar avadanlıqların satışına icazə verildiyi bildirilib.
ABŞ-dan İsrailə təxminən 3 milyard dollar dəyərində yeni silah satışının təsdiqlənməsi Donald Tramp administrasiyası tərəfindən bu ay verilən ikinci satış paketi olaraq qeydə alınıb.
Bir neçə həftə əvvəl Tramp administrasiyası İsrailə ümumilikdə 7,4 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

Nuranə Məmmədov

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki