ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “USS Harry S. Truman” ın Aralıq dənizində kommersiya yük gəmisi ilə toqquşduğu bildirilir.
Elchi.az xəbər verir ki, Qəza ilə bağlı Avropa və Afrika/Amerika Birləşmiş Ştatlarının Altıncı Donanmasının saytında açıqlama verilib.
Açıqlamada bildirilib ki, “Nimitz” sinifli “USS Harry S. Truman” (CVN 75) təyyarədaşıyan gəmisi dünən axşam yerli vaxtla saat 23:46-da Misirin Port Səid şəhəri yaxınlığında hərəkət edərkən “Beşiktaş-M” ticarət gəmisi ilə toqquşub.
Toqquşmanın təyyarədaşıyan gəmisi üçün təhlükə yaratmadığı və hər hansı ziyana səbəb olmadığı, qəzanın araşdırıldığı qeyd edilib.
Açıqlamada kommersiya yük gəmisinin statusu ilə bağlı heç bir məlumat paylaşılmayıb.
İnternetdəki açıq mənbələrdə “Beşiktaş-M” adlı kommersiya yük gəmisinin 2003-cü ildə inşa edildiyi və Panama bayrağının olduğu görünür.
Nuranə Məmmədova