ABŞ administrasiyası Livanda əldə olunan atəşkəs razılaşmasını pozduğu üçün İsrailə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, məsələdən xəbərdar olan mənbələr İsraili ABŞ administrasiyası tərəfindən atəşkəs razılaşmasını pozması ilə bağlı xəbərdarlıq edib.
Livanda atəşkəsin davam etməsi üçün “hər tərəfin mülayim olması lazım olduğunu” bildirən mənbələr, ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hochstein’in İsrailin atəşkəsi pozduğuna dair xəbərdarlığını Tel-Əviv rəhbərliyinə çatdırdığını paylaşıb.
Noyabrın 27-də atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsrail ordusunun 2 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən pozuntularının sayı azı 73-ə yüksəlib.
İsrailin xarici işlər naziri Gideon Saar bu gün Fransanın xarici işlər naziri Jan Noel Barrot ilə telefon danışığında İsrailin atəşkəs şərtlərini pozmadığını iddia edib.
Yediot Ahronot qəzetində daha əvvəl dərc olunan xəbərdə Fransanın Livanda atəşkəsi pozmamaq üçün İsrailə xəbərdarlıq etdiyi qeyd edilib.
Nuranə Məmmədova