image-timsah-1backend

ABŞ-da timsahın hücumu nəticəsində qadın yaralanıb

ABŞ-ın Florida ştatında çayda kanoe sürərkən timsahın hücumuna məruz qalan qadının yaxınlıqdakı insanların köməkliyi ilə sahilə aparıldığı və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.
Elchi.az xəbər verir ki, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasından verilən açıqlamada , bir qadının Lakeland bölgəsində kanoe sürərkən alliqatorun hücumu zamanı dirsəyindən yaralandığı bildirilib.
Bildirilib ki, Polk Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları vətəndaşların verdiyi koordinatların köməyi ilə hadisə yerinə gəlib və qadını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıb.
Florida ABŞ -da timsah hücumlarının ən çox olduğu ştatlardan biri kimi tanınır.
Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının məlumatına görə, Floridada alliqatorlardan ciddi xəsarətlər baş verib, lakin onlar nadir hallarda baş verir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki