image-abdde-bati-nil-virusunden-2-kisi-hayatini-kaybetti-7tntbackend

ABŞ-da Qərbi Nil virusundan 2 nəfər ölüb

ABŞ-ın Nyu-Cersi ştatında ağcaqanad dişləməsi ilə insanlara keçən Qərbi Nil Virusu (WNV) səbəbindən iki nəfərin öldüyü açıqlanıb. ABŞ-da ölənlərin sayı 5-ə yüksəlib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi əyalətinin səhiyyə rəsmiləri WNV səbəbiylə iki nəfərin öldüyünü açıqlayıb. Cümə axşamı günü Viskonsin ştatından edilən şərhdə, 2 nəfərin WNV səbəbiylə öldüyü ifadə edildi.
Açıqlamada, Viskonsin ştatında hər il orta hesabla 18 WNV hadisəsi bildirildiyi və bu il virusun ağcaqanadlarda, heyvanlarda və qanlarında Qərbi Nil virusu üçün müsbət nəticə verən sağlam qan donorlarında aşkar edildiyi vurğulanıb.
İllinoys ştatında son yeddi gündə üç nəfərin testi müsbət çıxıb və yerli hakimiyyət orqanları müsbət nəticə verən bir nəfərin öldüyünü bildirib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, 2024-cü ildə 33 ştatda 289 WNV hadisəsi qeydə alınıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki