Bloger Roman Baqdasaryan 44 günlük müharibə “sirr”lərini açmaqda davam edir.
Alp.az-ın məlumatına görə, erməni jurnalist Roman Baqdasaryan edilən təhdidlərə, istintaqa çağrılmağına baxmayaraq yenə canlı yayımlarını davam etdirir. Bu dəfə o, 44 günlük müharibədə erməni əsgərlərinin necə zəncirləndiyindən danışıb.
Jurnalistin nümayiş etdirdiyi kadrlarda müharibə zamanı öldürülmüş əsgərlərin ayağında zəncirlər var.
“Mən deyirdim ki, əsgərlərimizi öz generallarımız, zabitlərimiz öldürüb, bax bu da sübut. Əsgər döyüş postundan qaça bilməsin deyə, onları zəncirləyiblər. Ekspertlər də təsdiq ediblər ki, zəncirlər neçə gün əvvəldən bağlanıb. Çünki əsgərin ayağı şişib və zəncir içəri batıb. Bu da onu göstərir ki, komandirlər, orduya rəhbərlik edənlər bilə-bilə oğlanlarımızı ölümə məhkum ediblər”, -deyə Baqdasaryan bildirib.
Ətraflı videoda:konkret