image-xestexanabackend

38 tibbi yardım şöbəsi bir mərkəzdə birləşdirildi – TƏBİB

Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi prosesi başa çatıb.

Elchi.az xəbər verir ki, bunu qurumun İcraçı direktorunun müşaviri Elşad Məmmədli TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.

E.Məmmədli qeyd edib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində restrukturlaşdırma işləri həyata keçirilir:

“Artıq tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi və təhvil-təslim prosesi başa çatıb”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki