Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
Elchi.az verir ki, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə ilkin yardım edilib, vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.