image-1249232backend

1 həftədə 10 nəfər öldü! Ölümcül epidemiya sürətlə yayılır

Lassa qızdırması epidemiyası yayılmaqdadır. Qərbi Afrika ölkəsi Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən bir həftə ərzində 10 nəfərin öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) ölkədə Lassa qızdırmasının yayılmasının davam etdiyini bildirib.
Açıqlamada ölkədə son bir həftədə 54 Lassa qızdırması hadisəsinin aşkar edildiyi, epidemiya səbəbindən 10 nəfərin həyatını itirdiyi bildirilib.
Keçən il ölkə daxilində 190 adamın ölümünə səbəb olan epidemiyada hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edildiyini açıqlamışdı.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki