image-40backend

Zurabişvili hələ də Gürcüstan prezidenti olduğunu bildirib

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə yeni ofisini təqdim edib və oradan prezidentin funksiyalarını yerinə yetirməyə davam edəcəyini bildirib.

Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

“Orbeliani sarayının (prezident sarayı) davamı olan yeni ofisdən sizə müraciət etmək istəyirəm… Burada prezidentin funksiyaları davam edir”, – deyə o, brifinqdə deyib.

Xatırladaq ki, dekabrın 29-da Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra Zurabişvilinin prezidentlik müddəti rəsmən başa çatıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki