Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

🗓 08.07.2025 11:16 ✍️ "Elçi" qəzeti
Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 

Bənzər yazılar