ÇL: I təsnifat mərhələsi başlayır

🗓 08.07.2025 11:40 ✍️ "Elçi" qəzeti
ÇL: I təsnifat mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Elchi.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsində start verəcək. "Köhlən atlar" "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.

Əlavə edək ki, ÇL-də II təsnifat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.

8 iyul

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Saat 19:00, "Kups" - "Milsami";

Saat 20:00, "İberia" - "Malmö";

Saat 20:00, "Noah" - "Buduknost";

Saat 20:30, "Levadia" - RFŞ;

Saat 21:00, "Lyublyana" - "Kairat";

Saat 22:00, "Drita" - "Diffirdanj";

Saat 22:00, TNS - "Şkendiya";

Saat 22:00, "Vikinqur" - "Linkoln";

Saat 23:00, "Eqnatia" - "Bredablik";

Saat 23:00, "Virus" - "Zirjinski".

Bənzər yazılar