Belçika Fələstinə görə 5 günlük aclıq aksiyasına başlayıb

Belçikada bir qrup fəal Fələstinə qarşı 5 günlük aclıq aksiyasına başlayıb və ölkələrinin İsraillə bütün əlaqələrini kəsməsini tələb edib.
Elchi.az xəbər verir ki, Belçikanın Flamand bölgəsinin ictimai yayımçısı VRT televiziyasının xəbərinə görə, Gent şəhərində bir qrup fəal Fələstin üçün aclıq aksiyası keçirir.
Aclıq aksiyasının təşkilatçılarından biri, “Müqəddəs Maykl Hərəkatı”ndan olan ata Lode Vandeputte İsrailin Qəzzada soyqırımını davam etdirdiyi bir vaxtda susmağın lazım olmadığını və buna qarşı tədbir görülməsinin “mənəvi imperativ” olduğunu bildirib.
Belçika hökumətindən İsraillə hərbi, diplomatik və iqtisadi əlaqələrin kəsilməsini tələb edən fəallar 5 gün ərzində yalnız şəkərli su, qəhvə və ya çay içəcəklər.
Fəallar ümid edirlər ki, bu tətil Avropanın digər şəhərlərində də oxşar nümayişlərə ilham verəcək.
İyunun 16-da Belçikanın paytaxtı Brüsselin mərkəzindəki Beqvinaj Kilsəsində “Fələstinə ədalət naminə” 5 günlük aclıq aksiyasına start verilib.
Şayəstə Hüseynova