Cənubi Afrikada altı günlük milli matəm elan edilib

Cənubi Afrika Respublikasında iyulun 3-də vəfat edən keçmiş vitse-prezident David Mabuza üçün 6 günlük milli matəm elan edilib.
Elchi.az xəbər verir ki,ötən həftə 64 yaşında dünyasını dəyişən Mabuza iyulun 12-də Mpumalanqa əyalətində rəsmi dəfn mərasimində torpağa tapşırılacaq.
Prezidentlik bəyan edib ki, prezident Siril Ramafosa iyulun 7-dən 12-dək Mabuza üçün milli matəm elan edib.
Cənubi Afrika siyasətinin görkəmli simalarından biri olan Mabuza 2018-2015-ci illər arasında vitse-prezident vəzifəsində çalışıb.
Şayəstə Hüseynova