Azərbaycan nefti bahalaşıb

🗓 08.07.2025 10:09 ✍️ "Elçi" qəzeti
Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 ABŞ dolları və ya 0,71 artaraq 74,7 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,17 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Bənzər yazılar