Netanyahu həbs təhdidinə cavab verdi: Trampla Nyu Yorka gedəcəyik

🗓 08.07.2025 11:53 ✍️ "Elçi" qəzeti
Netanyahu həbs təhdidinə cavab verdi: Trampla Nyu Yorka gedəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu Nyu-York meri seçiləcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən həbs oluna biləcəyini deyən müsəlman namizəd Zöhran Məmdaninin sözlərinə “Prezident Trampla ora (Nyu Yorka) gedəcəyəm” deyərək cavab verib.
Elchi.az xəbər verir ki, Netanyahu ABŞ-a səfəri zamanı Ağ Evdə prezident Donald Tramp və jurnalistlərin suallarını cavablandırıb.
Nyu-Yorkun meri seçiləcəyi təqdirdə şəhərə gələrsə, BCM tərəfindən həbs oluna biləcəyi mesajını verən Mamdani ilə bağlı Netanyahu, “Prezident Trampla ora (Nyu Yorka) gedəcəyəm” deyib.
Tramp həmçinin Mamdani ilə bağlı tənqidlərini təkrarlayıb və bildirib ki, Mamdani noyabrın 4-də keçiriləcək seçkilərdə qalib gəlsə belə, Ağ Evə ehtiyacı olacaq.
Prezident Tramp, "Hər şey Ağ Evdən keçir. Onun Ağ Ev vasitəsilə pula ehtiyacı var. Yaxşı olar ki, özünü aparsın, yoxsa böyük problem yaşayacaq".

Şayəstə Hüseynova

Bənzər yazılar