Almaniyada 125 min illik “yağ fabriki” aşkar edilib

🗓 08.07.2025 10:54 ✍️ "Elçi" qəzeti
Almaniyada 125 min illik “yağ fabriki” aşkar edilib

Neandertalların yağ çıxarmaq üçün sistematik olaraq heyvan sümüklərini qaynatdıqları Almaniyada aparılan qazıntılarda 125.000 illik “yağ hasilatı sahəsi” tapıldı. Bu kəşf Daş dövrü insanlarının qidalanma biliklərinə və sağ qalma bacarıqlarına işıq salır.
Elchi.az xəbər verir ki, Almaniyada bir gölün sahilində aparılan arxeoloji qazıntılar neandertalların sistematik olaraq heyvan sümüklərindən yağ çıxardıqlarını üzə çıxarıb. Qazıntılarda tapılan minlərlə sümük parçası və daş alətlər göstərir ki, tarixdən əvvəlki insanlar qidalanma üçün əvvəllər düşünüldüyündən çox daha qabaqcıl üsullardan istifadə ediblər.
Qazıntılar Leypsiq yaxınlığındakı Noymark-Nord bölgəsində aparılıb. Alimlər təqribən 120.000 sümük parçası və 16.000 daş aləti araşdırıblar. Təhlillər göstərir ki, neandertallar daxili yağ və ilik kimi yüksək enerjili hissələri çıxarmaq üçün heyvanları ovladıqdan sonra sümükləri sındırıb saatlarla qaynadıblar.

Şayəstə Hüseynova

Bənzər yazılar