Antarktikada mikroplastik narahatlığı

Dünyanın ən soyuq və əlçatmaz yerlərindən biri olan Antarktidada britaniyalı qütb tədqiqatçısı Alan Çembers görünməmiş təhlükəni izləyir.
Elchi.az xəbər verir ki, keçmiş Kral Dəniz Piyadası Çembers və onun səyahət yoldaşı Deyv Tomas qitənin kənarından Cənub Qütbünə qədər 1150 kilometrdən çox məsafə qət edib.
Mənfi 35 dərəcədə külək, çovğun və ağ korluqla mübarizə aparan ikili nəinki sağ qalıb, həm də elmi məqsədlə qar nümunələri toplayıb.
Şayəstə Hüseynova