Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişdi

🗓 08.07.2025 16:37 ✍️ "Elçi" qəzeti
Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib.
Bu barədə Elchi.az -a ADY-dən bildirilib.
Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

 

Bənzər yazılar