Tramp: "Tariflər avqustun 1-dən qüvvəyə minəcək"

"Dünən müxtəlif ölkələrə göndərilən məktublara əsasən, bu gün, sabah və növbəti qısa müddət ərzində göndəriləcək məktublara əlavə olaraq, tariflər 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək".
Elchi.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bu tarixə qədər heç bir dəyişiklik olmayıb və olmayacaq. Yəni 2025-ci il avqustun 1-dən bütün vəsaitlər ödəniləcək - uzadılma olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!",-deyə ABŞ prezidenti qeyd edib.
Bundan əvvəl Donald Tramp bir sıra ölkələrə xarici idxal rüsumlarının qüvvəyə minməsi ilə bağlı məktublar göndərdiyini açıqlamışdı.
Yeganə