Bakının bu qəsəbəsində 4 saat işıq olmayacaq

🗓 08.07.2025 11:29 ✍️ "Elçi" qəzeti
Bakının bu qəsəbəsində 4 saat işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.

Elchi.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada həyata keçirilən təmir və təftiş işləri ilə əlaqədar iyulun 8-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Bülbülə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Bənzər yazılar