Tramp 12 yeni ölkəyə yönəlik tarif məktublarını paylaşdı

🗓 08.07.2025 11:46 ✍️ "Elçi" qəzeti
Tramp 12 yeni ölkəyə yönəlik tarif məktublarını paylaşdı

ABŞ prezidenti Donald Tramp Malayziya, Qazaxıstan, Tunis, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca, Tailand, Laos və Myanma üçün tarif dərəcələrini ehtiva edən məktublar dərc edib. Tramp həmçinin iyulun 9-da başa çatan tariflərin təxirə salınması müddətinin avqustun 1-nə qədər uzadılması barədə sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, Tramp Cənubi Koreya və Yaponiyadan sonra sözügedən 12 ölkə üçün tarif məktublarını Truth sosial media hesabında paylaşıb.
Məktublarında avqustun 1-dən etibarən bu ölkələrə tətbiq olunacaq tarif dərəcələrini açıqlayan Tramp, hər hansı bir qisas halında bu dərəcələrin artacağını qeyd edib.
Məktublara "bəlkə də" düzəlişlər edilə biləcəyini ifadə edən Tramp, "Ölkənizlə münasibətlərimizə görə bu tariflər yuxarı və ya aşağıya doğru dəyişdirilə bilər" dedi.
Sözügedən məktublarda Tramp tətbiq olunacaq tarif dərəcələrinin; O, Malayziya, Qazaxıstan və Tunis üçün 25 faiz, Cənubi Afrika və Bosniya-Herseqovina üçün 30 faiz, İndoneziya üçün 32 faiz, Banqladeş və Serbiya üçün 35 faiz, Kamboca və Tayland üçün 36 faiz, Laos və Birma üçün 40 faiz olduğunu bildirib. Tramp daha əvvəl bu gün elan etmişdi ki, 1 avqust tarixindən etibarən Yaponiya və Cənubi Koreyadan ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Şayəstə Hüseynova

Bənzər yazılar