Rusiyada işdən çıxarılan nazirin intihar etdiyi düşünülür

Bu gün səhər saatlarında işdən çıxarılan nəqliyyat naziri Roman Starovoyt Rusiyada avtomobilində ölü tapılıb və onun intihar etməsi ehtimalı nəzərdən keçirilir.
Elchi.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi Starovoytun cansız cəsədinin Moskvada şəxsi avtomobilində tapıldığını açıqlayıb.
İlkin məlumata görə, bədənində güllə izləri olan Starovoytun intihar etdiyi düşünülür və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Starovoyt dünən səhər saatlarında Rusiya prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edilib.
Rusiya mətbuatı vaxtilə Kursk qubernatoru olmuş Starovoyta qarşı korrupsiya işinin başlandığını yazıb.
Şayəstə Hüseynova