Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Qərb müttəfiqlərindən Rusiyaya qarşı uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Elchi.az xəbər verir ki, video onun Telegram kanalında yayımlanıb.
O, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya ilə əlaqə saxladığını qeyd edib.
“Bizim həm uzun mənzilli icazələrə, həm də sizin uzaqmənzilli mərmi və raketlərinizə ehtiyacımız var” -deyib.
Onun sözlərinə görə, “həyati vacib qərarlar təxirə salına bilməz”.
Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiya ərazisinin dərinliklərinə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün Qərb ölkələrindən razılıq almağı gözləyir. O qeyd edib ki, Ukrayna Rusiya hərbi aerodromlarına hücum etməyi planlaşdırır. Daha sonra Ukraynanın müdafiə naziri Rustem Umerov CNN-ə deyib ki, o, Ukraynanın ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə vurmaq istədiyi Rusiya Federasiyasındakı hədəflərin siyahısını Amerika hakimiyyətinə təhvil verib.
Nuranə Məmmədova