AT: Zelenski Rusiya ilə sülh sazişi üzrə hər hansı öhdəliklərdən yayınır.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Emmanuel Makron və Donald Trampla görüşdən sonra Rusiya ilə mümkün razılaşma ilə bağlı “ üzərinə götürə biləcəyi bütün öhdəliklərdən yayınır”. Bu barədə Asia Times yazır.
Nəşrin xatırladığı kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı gələcək hərəkətləri müzakirə etmək üçün Parisdə Makron və Zelenski ilə “könülsüz görüşdü”.
“Tramp Zelenskini Rusiya ilə danışıqlarda irəliləməyə inandırdığını desə də, Zelenski artıq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Danışıqlar və atəşkəs də Makronun istədiyi kimi deyil”, – mətndə deyilir.
Bu baxımdan, müəlliflər hesab edirlər ki, Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün bir çox maneələrlə üzləşir.
Qeyd edək ki, Tramp Notr-Dam kilsəsinin açılışı üçün Parisə səfəri zamanı dünya liderləri ilə görüşdən sonra Zelenskinin Rusiya ilə sülhə hazır olduğunu bildirib. ABŞ-ın yeni seçilmiş prezidenti əlavə edib ki, o, Rusiya-Ukrayna münaqişəsinə necə son qoyacağına dair konsepsiya hazırlayır.
Bundan əlavə, Tramp Zelenskini atəşi dayandırmağa çağırıb. Ukrayna prezidenti bunu şərh edərkən bildirib ki, zəmanətsiz atəşkəs istənilən vaxt bərpa oluna bilər.
Şayəstə Hüseynova