Zelenski: Ukrayna müharibənin 2025-ci ildə bitməsini təmin etmək üçün hər şeyi etməlidir.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini bəyan edib. O, bu barədə Ukrayna radiosuna müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Ukrayna “müharibənin gələn il bitməsini təmin etmək üçün hər şeyi etməlidir”. O, bu nəticəni “diplomatik vasitələrlə” əldə etməyi təklif edir.
Bundan əvvəl Zelenski özü və Ukrayna hakimiyyətinin nümayəndələri Rusiya ilə danışıqların mümkünlüyünü dəfələrlə rədd etmişdilər.
Belə ki, noyabrın 13-də Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukraynaya təklif olunan danışıqlar şərtlərinin real olmadığını və ölkə rəhbərliyinin onlarla razılaşmayacağını bildirib.
Eyni zamanda, The New York Times-ın mənbələri Ukraynanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın irəli sürdüyü danışıqların sürətləndirilmiş cədvəlini nəzərdən keçirdiyini bildirib. Onlar gələcək təhlükəsizlik təminatlarını danışıqların əsas vəzifəsi kimi görürlər.
Şayəstə Hüseynova