“Avropa İttifaqının (Aİ) Rusiya qazının idxalını azaltmağa yönəlmiş enerji siyasəti ittifaq ölkələrinin özlərinə ziyan vurur”.
Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, Avropada ev təsərrüfatları və müəssisələri tərəfindən qaz istehlakının azaldılması siyasəti Aİ-yə üzv ölkələrin üzərinə qoyulur. Onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
Zaxarova qeyd edib ki, bu siyasət Aİ-nin özü üçün mənfi miqyas alır. Xüsusilə, sənaye istehsalının həcmi azalır və enerji yoxsulluğu problemi kəskinləşir.
“İqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla, hər şey sırf siyasi məqsədə çatmaq üçün tüstü pərdəsi və ya alətlər dəsti kimi istifadə olunur”,-deyə Zaxarova vurğulayıb.
Bundan əvvəl Zaxarova bəyan etmişdi ki, 2024-cü ilin ikinci rübündə Rusiya Federasiyası tətbiq edilən bütün sanksiyalara baxmayaraq, Avropa İttifaqına qaz tədarükündə yenidən ABŞ-ı qabaqlayıb.
Yeganə