Amerika raketləri Yaponiyada peyda olarsa , Rusiya yenilənmiş nüvə doktrinasına uyğun tədbirlər görəcək.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Tokio Tayvan ətrafında vəziyyəti gərginləşdirir, ölkənin hərbiləşdirilməsinə haqq qazandırmağa çalışır. Eyni zamanda, Yaponiyanın hərbi qüdrətinin artması ABŞ-la əməkdaşlıqda baş verir.
“Biz öz müdafiə imkanlarımızı gücləndirmək üçün lazımi, adekvat addımlar atmağa məcbur olacağıq”, – Zaxarova ABŞ-ın orta mənzilli raketlərinin Yaponiya ərazisində mümkün görünməsi barədə danışarkən deyib.
Nuranə Məmmədova