image-1734685797_43backend

Yunanlar Putini ən yaxşı siyasətçi seçiblər

Rusiya prezidenti Vladimir Putin Yunanıstanda ən populyar xarici siyasətçiyə çevrilib.

Elchi.az “TVXS”-ə istinadən xəbər verir ki, bunu MRB Hellas-ın sorğusunun nəticələri sübut edir.

Rusiya lideri sorğuda iştirak edən yunanların 31,8 faizi tərəfindən ən yaxşı xarici siyasətçi seçilib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 29,8 faiz səslə ikinci, Fransa prezidenti Emmanuel Makron isə 27,7 faiz səslə üçüncü olub.

Siyahıda onların arxasında Çin prezidenti Si Cinpin, Ukrayna lideri Vladimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ-ın hazırkı prezidenti Co Bayden var.

Əvvəllər polyakların yarıdan çoxu Ukraynadakı münaqişənin Kiyevin əraziləri itirməsi ilə başa çatmasının tərəfdarı idi. Respondentlər Ukraynanın əsas prioritetini ərazini saxlamaq cəhdindənsə, münaqişəyə son qoymağı düşünürlər. Rusiya xüsusi hərbi əməliyyatlara başladıqdan sonra ilk dəfədir ki, Polşa cəmiyyətində bu fikir hökm sürür.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki