Yunanıstanın Kavala bölgəsindəki Pangeo dağında avqustun 22-də başlayan meşə yanğını 7-ci günündə də davam edir.
Elchi.az xəbər verir ki, Yunan mətbuatında çıxan xəbərlərdə Pangeo dağındakı yanğının çatılması çətin nöqtədə olduğu üçün bütün müdaxilələrə baxmayaraq 7 gündür nəzarət altına alına bilmədiyi bildirilib.
Xəbərdə yanğınla mübarizəyə 280 yanğınsöndürən, 46 yanğınsöndürən maşını, 3 helikopter və 3 təyyarənin ayrıldığı, indiyədək təxminən 13 min dekar meşə sahəsinin külə döndüyü qeyd edilib.
Digər tərəfdən, bu gün Yunanıstanın bir çox bölgəsində yüksək yanğın riski səbəbindən “sarı xəbərdarlıq” (3-cü kateqoriya) elan edilib.
İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin dərc etdiyi yanğın riski proqnozu xəritəsinə əsasən, sarı təhlükə altında olan bölgələr arasında Attiki, Euboea, Etoloakarnania, Korinf, Arqolis, Lakoniya, İliya, Evros, Rodop, Thassos, Halkidiki, Krit və Şimali Egey adaları var.
Şayəstə Hüseynova