Hindistanın paytaxtı Yeni Dehli Diwali işıq festivalı zamanı istifadə edilən atəşfəşanlıq səbəbindən dünyanın ən çirkli şəhəri olub.
Elchi.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə qadağaya baxmayaraq, Diwali işıq festivalında istifadə edilən atəşfəşanlıq havanın çirklənməsinin artmasına səbəb olub. Hava keyfiyyəti indeksi (AQI) 348 ilə ölçülən Yeni Dehli bu gün dünyanın ən çirkli şəhəri olub. Havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdə dumanlı hava hökm sürərkən, paytaxtda yaşayanların bir qismi maska taxaraq küçəyə çıxıb.
Hindistanın şimalında fermalarda tullantıların yandırılmasının da havanın keyfiyyətinin pisləşməsinə təsir etdiyi bildirilib.
Havanın çirklənmə səviyyəsini göstərən hava keyfiyyəti indeksi dəyərləri 0-dan 50-yə qədər “yaxşı”, 51-100 “orta”, 101-150 “həssas”, 151-200 “qeyri-sağlam”, 201-300 “pis”, 301-500 isə “təhlükəli” kimi təsnif edilir.
Festival zamanı istifadə edilən atəşfəşanlıq Hindistanda havanın çirklənmə səviyyəsini hər il pisləşdirsə də, yerli hökumətlər Divali festivalı zamanı və qış aylarında atəşfəşanlıqdan istifadəni qadağan etmək qərarına gəliblər. Qadağaları pozduğuna görə həbs cəzası olsa da, bir çox hindu atəşfəşanlıq etməyə davam edir.
Şayəstə Hüseynova