Yaponiyanın “ispace” şirkətinin “Hakuto-R2” (Resilience) eniş modulu Ay ətrafında uğurla uçub.
Elchi.az xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.
Fevralın 14-nə olan məlumata görə, qurğu Ayın səthindən 8400 kilometr yüksəklikdə idi.
Hakuto-R kosmik gəmisini daşıyan Falcon 9 raketi yanvarın 15-də ABŞ-ın Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzində Launch Complex 39A-dan buraxılıb.
“Hakuto-R” modulunun Ay səthinə enməsi may ayında gözlənilir.
Nuranə Məmmədova