image-japonyanin-en-yasli-erkegi-110-yasinda-hayatini-kaybetti-rxkobackend

Yaponiyanın ən yaşlı kişisi 110 yaşında vəfat edib

Bildirilib ki, Yaponiyanın “ən yaşlı adamı” Vakui Tomisaburo 110 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, 1913-cü il noyabrın 28-də anadan olan Vakui paytaxt Tokio yaxınlığındakı Atsuqidə vəfat edib.
Kanaqava prefekturasının Atsugi bələdiyyəsi qocanın ölümünün dəqiq vaxtını və səbəbini ailə səbəbləri ilə bağlı açıqlamayıb.
Milli mətbuatın yazdığına görə, Vakui gənclik illərində Tokionun Tsukiji rayonunda ton balığı satıcısı işləyib, ahıl çağında isə tuna onun “sevimli yeməyinə” çevrilib.
Vakuinin sələfləri Nakamura Şiqeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada, Sonobe Qisaburo isə 2024-cü ilin martında 112 yaşında Çibada vəfat edib.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 2024-cü ilin aprel ayında verdiyi açıqlamada Vakuinin “Yaponiyanın ən yaşlı adamı” olduğunu elan etdi.
Vakui müasir Yaponiya tarixində dörd imperatorun hakimiyyətini yaşadı: Taisho, Showa, Heisei və Reiwa.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki