image-vampir-yarasa-ap-1798924_1backend

Yaponiyada yarasalarda yeni və ağır viruslar aşkar edilib

Yaponiyada aparılan yeni bir araşdırma yarasalarda müxtəlif DNT və RNT viruslarını aşkar etdi. Bu virusların 60 faizinin zoonotik (heyvanlardan insanlara keçən) viruslar olduğu açıqlanıb.
Elchi.az xəbər verir ki, Yaponiyanın Yamaquçi bölgəsində aparılan yeni araşdırmada yarasalarda çox müxtəlif DNT və RNT virusları aşkar edilib.
130-dan çox yarasa üzərində aparılan müayinələr nəticəsində yarasaların 60 faizindən çoxunun ən azı bir virusa, o cümlədən zoonoz viruslara (heyvanlardan insanlara keçə bilən) yoluxduğu müəyyən edilib.
Araşdırmada bəzi virusların, xüsusilə adenovirus və astrovirusun genetik olaraq sürətlə təkamül etdiyi müşahidə edilib.
Bundan əlavə, Yaponiyada əvvəllər aşkar olunmayan 10 yeni herpes virus növü aşkar edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki